qaqa

Müğənni Ledi Qaqa yeni doğulan övladına görə karyerasına fasilə verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Cütlüyün yaxın çevrəsindən olan mənbə bildirib ki, Ledi Qaqa və Maykl Polanski bu yay övladları ilə birlikdə olmaq üçün məzuniyyət götürüblər.

Qeyd edək ki, sentyabrın 11-də Ledi Qaqanın ilk dəfə ana olduğu məlum olub.

“Page Six” yazıb ki, pop ulduzun və nişanlısının yaxın zamanda ilk övladı dünyaya gəlib. Körpənin cinsi, adı və doğum tarixi hələ açıqlanmayıb.

Paparassilər artıq cütlüyü yeni doğulan körpələri ilə birlikdə Şimali Kaliforniyada görüntüləyiblər.

Bundan əvvəl “Daily Mail” cütlüyə yaxın mənbəyə istinadən müğənninin Polanski ilə gizli şəkildə evlənə biləcəyini yazmışdı.

Günel Cəlil
Globalinfo.az

Paylaş: