abs iran danisiqlar 900x600 1

İran Hörmüz boğazının açılması üçün 7 şərt irəli sürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran bu şərtləri vasitəçilər üzərindən ABŞ tərəfinə çatdırıb.

Mənbənin sözlərinə görə, İranın ali rəhbərliyi tərəfindən təsdiqlənən yeddi şərt yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq.

Bildirilib ki, İran və Oman arasında əldə olunacaq hər hansı razılaşma avtomatik olaraq Hörmüz boğazının açılması demək deyil. Mənbə əlavə edib ki, boğazın açılıb-açılmaması tamamilə Vaşinqtonun atacağı addımlardan asılıdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: