Ukrayna muharibe putin zelenski

Norveçin Baş naziri Yonas Qar Störe Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsinin Osloya uçuş zamanı az qala PUA ilə vurulacağını açıqlayıb. Nazir bildirib ki, hadisə ötən gün Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən yaşanıb.

Zelenskiyə bu şəkildə sui-qəsd edilərsə, dünyanın reaksiya necə olar? Rusiya buna görə cavab verə bilər?

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, mətbuat bu hadisəni bir qədər şişirdib:

“Norveç tərəfi də bunu elan edərək real təhlükənin olduğunu qeyd edib. Lakin əslində, belə bir təhlükənin mövcud olduğunu düşünmürəm. Ukrayna prezidentinin təyyarəsi Moldovanın hava limanından qalxmalı idi. Təyyarə havaya qalxmazdan əvvəl Moldovanın bütün hava məkanı nəzarətə götürülür. Hadisə baş verən zaman isə PUA Moldova ərazisinə daxil olmuşdu.

Lakin bu, təhlükənin birbaşa Ukrayna prezidentinə yönəldiyi anlamına gəlmir. Çünki PUA-nın keçdiyi ərazi ilə hava limanı arasında kifayət qədər böyük məsafə var idi. Bundan əlavə, təyyarə həmin vaxt hələ havaya qalxmamışdı. Yəni bütün bunlar qabaqcadan hesablanan və nəzarətdə saxlanılan proseslərdir”.

murad sadeddinov 1 900x551 1
Murad Sadəddinov

Politoloq qeyd edib ki, Rusiya və Ukrayna arasında dövlət başçılarına sui-qəsd edilməməsi barədə müəyyən razılaşmalar var:

“Müharibənin də öz qayda-qanunları var. Bu müharibədə də müəyyən razılaşmalar və beynəlxalq hüquq normaları qorunur. Onlardan biri də dövlət və hökumət başçılarına qarşı sui-qəsd və ya hücumların yolverilməz olmasıdır. Dövlət orqanlarının digər yüksək vəzifəli rəsmilərinə qarşı da analoji addımların atılması qəbuledilməz hesab olunur.

Ona görə də hesab edirəm ki, hazırkı məqamda bu hadisəni Ukrayna prezidentinə qarşı real və birbaşa təhlükə kimi qiymətləndirmək üçün əsas yoxdur. Hadisənin özü diqqətçəkici olsa da, onun təqdim edildiyi miqyasda təhlükə yaratdığını düşünmürəm”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: