ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsinin mümkün olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp Dallasa yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında Putinlə son telefon danışığını “əla” kimi qiymətləndirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşma əldə etməyə hazırdır.
“Əgər Zelenski də razılaşma əldə etmək istəsə, bu, çox yaxşı olardı”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ liderinin sözləri Vaşinqtonun Moskva və Kiyev arasında danışıqları yenidən canlandırmaq səylərinin davam etdiyi bir vaxta təsadüf edir. ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner son günlər həm Moskva, həm də Kiyevdə görüşlər keçirib və üçtərəfli danışıqların yenidən başlanması ehtimalını gündəmə gətiriblər.
Tahir Turan
Globalinfo.az