tramppp

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə çalışan üç qadın əməkdaşına böyük məbləğdə pul hədiyyə etdiyi üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Bildirilib ki, Tramp icraçı köməkçisi Natali Harp, kommunikasiya üzrə müşaviri Margo Martin və Ağ Ev əməkdaşı Çemberlen Harrisin hər birinə 45 min dollar (təxminən 2 milyon manat) verib.

Ötən həftə açıqlanan maliyyə hesabatlarında üç əməkdaşın da bu ödənişləri “bayram hədiyyəsi” kimi göstərdiyi bildirilib.

Konqresə təqdim olunan illik Ağ Ev əməkdaşları hesabatına əsasən, onların hər birinin illik maaşı təxminən 150 min dollardır. Beləliklə, 45 min dollarlıq hədiyyə hər bir əməkdaşın illik gəlirinin təxminən üçdə birinə bərabərdir.

Ağ Ev isə ödənişlərin hər hansı qanun və ya etik qaydanı pozmadığını vurğulayıb.

Ağ Evin sözçüsü Devis İnql Trampın uzun illərdir yanında çalışan şəxslərə və köməkçilərinə Milad bayramı zamanı hədiyyə vermək ənənəsinin olduğunu deyib. Onun sözlərinə görə, bu ödənişlərin əməkdaşların rəsmi vəzifələri ilə heç bir əlaqəsi yoxdur.

“Trampın yaxın çevrəsindəki şəxslərdən biri olan 35 yaşlı Natali Harp aldığı hədiyyə ilə yenidən gündəmə gəlib. Keçmişdə ifrat sağçı televiziya aparıcısı olan Harp 2022-ci ildən Trampın komandasında çalışır. O, Trampın “Truth Social” platformasında şifahi şəkildə diktə etdiyi paylaşımları yazıya köçürür və Prezidentin ölkədaxili səfərlərində də tez-tez onu müşayiət edir.

31 yaşlı Margo Martin isə Trampın gündəlik fəaliyyətlərini sosial media üçün lentə alan şəxs kimi tanınır. 26 yaşlı Çemberlen Harris Trampın icraçı köməkçisi vəzifəsində çalışır. Tramp onu fevral ayında Ağ Evdəki bal zalı və Vaşinqton bölgəsindəki digər tikinti layihələrinə nəzarət edən ABŞ Təsviri Sənətlər Komissiyasına təyin edib.

ABŞ liderinin uzun müddətdir köməkçisi olan Uolt Nauta da Prezidentdən bayram hədiyyəsi alan şəxslər sırasında yer alıb.  Nauta daha əvvəl Trampın məxfi sənədləri qanunsuz saxlaması ilə bağlı iş üzrə ittiham olunmuş, lakin həmin məhkəmə işi sonradan dayandırılmışdı”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: