6a9f1b5acd9d46a9f1b5acd9d517888121226a9f1b5acd9d26a9f1b5acd9d3

Lənkəranda yağış və ildırımla müşayiət olunan güclü külək bir sıra fəsadlar törədib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, güclü külək əsasən rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Şəhərin əksər küçələrində, eləcə də kəndlərdə irigövdəli ağaclar aşıb.

Aşan ağacların əksəriyyəti elektrik naqillərinin üzərinə düşərək xətlərin qırılmasına və bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olub.

Şəhidlər Xiyabanı küçəsində irigövdəli ağac vətəndaşa məxsus hasarın və qaz borusunun üzərinə aşıb. Nəticədə qaz borusu və sayğac sıradan çıxıb.

Şəhərin Kiçik Bazar adlanan ərazisində isə ağac hərəkətdə olan, Ehtiram Fərəcova məxsus “Chevrolet Cruze” markalı avtomobilin üzərinə aşıb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Aidiyyəti qurumların əməkdaşları ərazilərə cəlb olunublar. Bəzi küçələrdə aşan ağaclar xüsusi avadanlıqlar vasitəsilə budanaraq yol kənarına çəkilib.

Hazırda fasilələrin yarandığı ərazilərdə elektrik enerjisinin verilişinin tam bərpası istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Lənkəranda küləkli və yağışlı hava səngiyib.

6a9f1b5b95e556a9f1b5b95e5617888121236a9f1b5b95e506a9f1b5b95e53 6a9f1b5c690fd6a9f1b5c690fe17888121246a9f1b5c690fb6a9f1b5c690fc 6a9f1b5d2e74d6a9f1b5d2e74e17888121256a9f1b5d2e74b6a9f1b5d2e74c 6a9f1b59cdbc66a9f1b59cdbc717888121216a9f1b59cdbc46a9f1b59cdbc5

Paylaş: