Xırdalanda çoxmərtəbəli binada mənzillərin birinin eyvanının şüşəsi qoparaq küçədən keçən qadının başına düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb.
Qadının xəsarət aldığı bildirilir.
Hadisə ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 1978-ci il təvəllüdlü şəxsə (qadın) yerində tibbi xidmət göstərilib.
