Mayamidə “Amazon Prime Air” şirkətinə məxsus “Boeing 767” yük təyyarəsinin uçuş-enmə zolağından çıxaraq yaxınlıqdakı yola düşməsi nəticəsində azı 5 nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin şerifi Rozi Kordero Stutz məlumat yayıb.
Qəza zamanı xəsarət alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Şerifin sözlərinə görə, hadisə təyyarənin uçuşa hazırlaşdığı vaxt baş verib.
Faktla bağlı araşdırma aparılır.