ABŞ Prezidenti Donald Trampın fəaliyyətindən narazı olan amerikalıların sayı artır.
Globalinfo.az xəbər verir ki, Britaniyanın “Focaldata” şirkətinin keçirdiyi son sorğu prezidentin dəstək göstəricisinin 33 faizə qədər gerilədiyini ortaya qoyub.
Nəticələrə əsasən, Trampın siyasətini dəstəkləyənlərin payı əvvəlki sorğu ilə müqayisədə 2 faiz bəndi azalıb. Daha diqqətçəkən məqam isə Respublikaçılar arasında qeydə alınan nəticədir. Bu seçici qrupunda prezidentə dəstək 72 faizə enərək antirekord səviyyəyə düşüb.
Araşdırmada iştirak edənlərin əsas narazılıq mənbələrindən biri administrasiyanın ticarət siyasəti olub. Respondentlərin böyük hissəsi tətbiq edilən gömrük rüsumlarının gündəlik xərclərin artmasına təsir etdiyini düşünür.
Sorğu iştirakçılarının təxminən üçdə ikisi ölkə iqtisadiyyatının yanlış istiqamətdə getdiyini bildirib.
Safura Bənnayeva
Globalinfo.az