1684314422 03eb58dae0e6901414ec0834e43198f7

Kəlbəcər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Globalinfo.az Trend-ə istinadla xəbər verir ki, hadisə İstisu yolunda qeydə alınıb.

Quzeyçirkin kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev İbrahim Əbülfət oğlu idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yüksəklikdən çaya düşüb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun ayağının sınığı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

6a9aeed152b7c6a9aeed152b7d17885385776a9aeed152b786a9aeed152b7a 5 1657179603 1657178836 fedsg5 4

Paylaş: