“Hələ 2023-cü il oktyabrın 7-də İsrailin Yaxın Şərqin simasını dəyişəcəyini təsəvvür edirdim”.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“7 oktyabrda kim təsəvvür edə bilərdi ki, biz Yaxın Şərqin simasını dəyişəcəyik? Mən edə bilərdim”, – o qeyd edib.
Netanyahunun sözlərinə görə, o zaman da məqsədlərindən biri sonda İranla qarşıdurmaya girmək olub: “Məqsədim o idi ki, son nəticədə İranla üz-üzə gələcəyik”.
Baş nazir əlavə edib ki, İran İsrailə hücum edəcəyi təqdirdə çox ağır zərbə alacaq:
“Əgər İran bizə hücum edərsə, təfərrüatlarına varmaq istəmədiyim zərbə alacaq”.