Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sahillərində avqustun 30-da Girnə limanı yaxınlığında baş vermiş gəmi qəzasının 15 qurbanının meyitlərinin axtarışı davam edir.
Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, ŞKTC-nin Baş naziri Ünal Üstel batmış gəminin 13-cü sərnişininin meyitinin aşkar edildiyini bildirib.
“13 nəfərin həlak olduğunu rəsmi şəkildə təsdiqləyirik, daha 15 nəfər isə itkin düşmüş hesab olunur”, – deyə o bildirib.
Onun sözlərinə görə, əməliyyat artıq yeddinci gündür Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmilərinin iştirakı ilə davam edir.