“Dünən gecə İrana çox böyük bir hücum baş verdi və biz bunu istədiyimiz zaman təkrarlamağa hazırıq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
Bununla belə, ABŞ Prezidenti İranla bağlı hərbi əməliyyatların çox davam etməyəcəyinə əmin olduğunu söyləyib.
Qeyd edək ki, Tramp daha əvvəl bir gecə ərzində onlarla İran gəmisinin məhv edildiyini açıqlayıb. O, ABŞ qüvvələrinin Hörmüz boğazına nəzarət etdiyini bildirərək, İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az