hekimler

Regionlarda həkim təyinatına yeni dəstək mexanizmi çərçivəsində əməkhaqqları artırılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilir ki, sözügedən artımlar Bakı, Gəncə, Sumqayıt və Abşeron istisna olmaqla digər bölgələrdə tətbiq ediləcək:

-Uşaq anestezioloq-reanimatoloqunun maaşı 1450 manatdan 3000-ə;

-Neonatoloqun maaşı 1450 manatdan 2400-ə;

-Akuşer, ginekoloq, neyro-cərrah, uşaq cərrahı, ürək-damar cərrahı, çənə-cərrahiyyə və travmatoloqların maaşları 1450 manatdan 2150-yə qədər artırılacaq.

 

Paylaş: