***
10:14
“Fazil müəllim dünən gecə ikinci dəfə əməliyyat olundu”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Fazil Mustafanın qardaşı Azər Mustafa deyib.
O, hər şeyin yaxşı olduğunu bildirib:
“Çiyin nahiyəsindən təkrar əməliyyata ehtiyac oldu. Həkimlər Fazil bəyin bu gündən yaxşı olduğunu və heç bir təhlükə olmadığını bildirdilər. Yanına adam buraxmadıqları üçün hələ özünü görə bilməmişik, amma yəqin ki, günortadan sonra görə bilərik”.
Qeyd edək ki, ötən gün millət vəkili Fazil Mustafaya terror hücumu olub. O, çiyin və ayaq nahiyəsindən güllələnib.
Zaira Akifqızı
Globalinfo.az