Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov etimadnaməsinin surətini Türkiyə Xarici İşlər Nazirliyinin Protokol Baş İdarəsinin baş direktor müavini Mustafa Cem Gündüzə təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə diplomat X hesabında paylaşım edib.
“Bu gün etimadnaməmin surətini Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Protokol Baş İdarəsinin baş direktor müavini cənab Mustafa Cəm Gündüzə təqdim etməkdən böyük məmnunluq duydum”, – paylaşımda bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iyulun 24-də R. Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılaraq, Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin olunub.