DxOfcDDmsVFLtvI8VG220ntXUZQ3bcwpAZTvXsZr 1200

David Seliverstov kimi tanınan, əsl adı isə Kazım Abbasov olduğu bildirilən şəxsin məhkumluq həyatı yaşadıqdan sonra ad və soyadını dəyişməsi məsələsi gündəmə gəlib. Onun əvvəlki ad-soyadından imtina edərək David Seliverstov adını götürməsi müxtəlif suallar doğurub. Əsas müzakirə mövzusu isə məhkumluq həyatı yaşamış şəxsin qanunvericiliyə əsasən ad, ata adı və soyadını tamamilə dəyişib-dəyişə bilməməsidir.

Hansı halda ad və soyadı dəyişmək mümkündür? Məhkum olmuş şəxslər ad və soyadı dəyişə bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Rövşən Məmmədov deyib ki, qanunla ad-soyadın dəyişdirilməsi mümkündür:

“Konkret olaraq, əgər şəxs məhkumluq cəzasını tam çəkibsə və məhkumluğu ödənilibsə və ya götürülübsə, qanunvericiliyə uyğun olaraq adını, soyadını və ata adını dəyişə bilər. Lakin şəxsin məhkumluğu hələ ödənilməyibsə və ya götürülməyibsə, bu halda ad, soyad və ata adının dəyişdirilməsinə yol verilmir”.

rovsen memmedov scaled 1
Rövşən Məmmədov

Hüquqşünas daha bir maraqlı məqama toxunub:

“Azərbaycanda 18 yaşı tamam olmuş şəxsin qanunvericilikdə nəzərdə tutulan qaydada adını, soyadını və ata adını dəyişmək hüququ var. Ailə Məcəlləsinin müvafiq müddəalarına əsasən, şəxs öz adını, soyadını və ata adını dəyişə bilər. Lakin qanunvericilikdə bununla bağlı müəyyən istisnalar nəzərdə tutulur. Dediyim kimi, şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduğu halda ad, soyad və ata adının dəyişdirilməsinə məhdudiyyət qoyulur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: