İranın tanınmış din xadimi Möhsün Qərəviyan Prezident Məsud Pezeşkian hökumətinə qarşı yönələn sərt tənqidləri və daxili siyasi qarşıdurmaları tənqid edib.
Globalinfo.az xəbər verir ki, Qərəviyanın sözlərinə görə, Səid Cəlilinin tərəfdarları və bəzi daxili siyasi qruplar Pezeşkianın istefasına nail olmağa, hökumətlə hərbi qüvvələr arasında fikir ayrılığı yaratmağa və hakimiyyətin fəaliyyətini zəiflətməyə çalışırlar.
Din xadimi Pezeşkianın səmimi mövqeyini və hökumətdə mütəxəssislərə üstünlük verməsini müsbət qiymətləndirib.
Bununla yanaşı, Qərəviyan hökumətin qarşısında ciddi vəzifələrin dayandığını vurğulayıb. O, xüsusilə qiymət artımının qarşısının alınmasını və internet azadlığı ilə bağlı verilən vədlərin yerinə yetirilməsini vacib hesab edib.
Tahir Turan
Globalinfo.az