6a6b48e2c32cd6a6b48e2c32ce17854159056a6b48e2c32ca6a6b48e2c32cc

Azərbaycan Hava Yolları (AZAL) Türkiyənin Qars şəhərinə ilk uçuşunu uğurla həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Qars istiqamətində həyata keçirilən ilk reysin sərnişinləri Qars Harakani Hava Limanında xüsusi mərasimlə qarşılanıblar. Yeni marşrut üzrə reyslər həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bu istiqamətin açılması Azərbaycan və Türkiyə arasında hava əlaqələrinin daha da genişlənməsinə, sərnişinlər üçün səyahət imkanlarının artırılmasına, həmçinin turizm, biznes və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək.

Qeyd edək ki, Türkiyə Azərbaycan Hava Yollarının ən geniş təmsil olunduğu bazar olaraq qalır. Hazırda aviaşirkət İstanbul, Ankara, İzmir, Antalya, Bodrum, Trabzon, Dalaman, Adana və Qars istiqamətlərinə müntəzəm reyslər həyata keçirir.

6a6b48e1994c56a6b48e1994c617854159056a6b48e1994c36a6b48e1994c4

Paylaş: