İran və ABŞ vasitəçi ölkələrin iştirakı ilə danışıqları davam etdirir.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
O qeyd edib ki, Tehran və Vaşinqton arasında mesaj mübadiləsi Pakistan, Oman və Qətər də daxil olmaqla vasitəçi ölkələr vasitəsilə davam edir:
“Dialoq etibarlı əsas tələb edir və bu, əsas ABŞ tərəfindən pozulub”, – deyə Bəqayi bildirib.
Rəsmi həmçinin ABŞ-ı əvvəllər əldə olunmuş razılaşmaları pozmaqda ittiham edib.
O əlavə edib ki, İran öz növbəsində Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidinin təmin edilməsi ilə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib.
Əliyar Xəlil
Globalinfo.az