pezeskian 09

İranın İraqla sərhədə qoşun yığması xəbərləri fonunda Prezident Məsud Pezeşkianın verdiyi açıqlama diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, Pezeşkian İraqın Tehrana yeni təyin olunan səfiri Yaser Əbdül-Zəhra əl-Həcacın etimadnaməsini qəbul edərkən iki ölkə arasında tarixi münasibətlərdən danışıb.

O bildirib ki, heç bir qüvvə İranla İraq arasındakı əlaqələri poza bilməz:

“Bizim əlaqələrimiz daha dərin tarixi, mədəni, dini münasibətlərə dayanır. İki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi və regionda sülh, təhlükəsizlik, davamlı inkişafa nail olmaq üçün ortaq imkanlardan istifadə etməliyik.

Regionumuz böyük təbii və iqtisadi imkanlara malikdir. Region ölkələri ortaq maraqlar çərçivəsində əməkdaşlığı genişləndirərlərsə, sülh, rifah, tərəqqiyə əsaslanan gələcək qura bilərlər”.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-la münaqişə fonunda İranın İraqla sərhədə qoşun cəmləməsi haqda xəbər yayılıb. Ötən gün isə İranın İraqa qurudan müdaxilə edə biləcəyi iddia edilib. Bundan başqa, Tehran gecə saatlarında İraqdakı ABŞ hədəflərinə zərbələr endirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: