2025 10 03T084118Z 1936916131 RC284HAJLAOG RTRMADP 3 FINLAND NATO pic4 zoom 1500x1500 51219

 “NATO ölkələri regionda təhlükəsizliklə bağlı kritik vəziyyət yaranacağı təqdirdə Litvada əlavə hərbi qüvvələr yerləşdirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Litva prezidentinin milli təhlükəsizlik üzrə baş müşaviri Deividas Matulionis deyib.

“Biz xəbərdarlıqlar etmişik və alyans buna çox ciddi yanaşır. Əgər bütün göstəricilər vəziyyətin kritik olduğunu göstərsə, əlavə qüvvələrin və hava hücumundan müdafiə vasitələrinin ayrılacağına şübhə etmirəm”, – deyə o bildirib.

Matulionisin sözlərinə görə, belə bir kritik vəziyyət yaxın aylarda Rusiyanın Baltik regionunda mümkün təxribatları səbəbindən yarana bilər.

Bununla belə, o, Rusiyanın NATO üzvü olan ölkələrdən hər hansı birinin ərazisinə birbaşa hücuma hazırlaşdığına inanmadığını vurğulayıb.

Bundan əvvəl məlum olmuşdu ki, Rusiya və Belarusla həmsərhəd NATO ölkələri mümkün münaqişənin ilk günlərində əsasən öz imkanlarına arxalanacaqları ssenariyə hazırlaşırlar. Bu çərçivədə Litva və digər Baltik ölkələri Baltik müdafiə xəttinin elementlərini – tikanlı məftillər, beton “əjdaha dişləri”, tank əleyhinə xəndəklər, bunkerlər və digər maneələri yerləşdirirlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: