Macarıstanın Baş naziri Peter Magyar şahmatçı Judit Polqarı ölkənin prezidenti vəzifəsinə namizəd göstərəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Magyar Polqarın namizədliyinin ölkənin ictimai həyatının nüfuzlu nümayəndələri tərəfindən təklif edildiyini bildirib.
“Buna görə də sabah onunla görüşəcəyəm və yeni Konstitusiyanın qəbulundan əvvəl bu rolu öz üzərinə götürməyə, ölkəyə yeni bir vəzifədə xidmət etməyə hazır olub-olmadığını soruşacağam”, – baş nazir qeyd edib.