WhatsApp Image 2025 12 22 at 13.30.39

Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılır.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, altsistem vasitəsilə aşağıdakılar təmin olunacaq:

– “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi;

– “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş ictimai iştirakçılıq formalarının həyata keçirilməsi.

Altsistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.

Fərmana əsasən, Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə altsistemin formalaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.

X X X

Prezident İlham Əliyev Milli Məclisin iyulun 10-da qəbul etdiyi “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş yerli mənşəli malların həcminin azı 50 %-nin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir.

Qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Paylaş: