Baham adalarında “Cessna 402” markalı sərnişin təyyarəsi qəzaya uğrayıb.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ölkə rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində göyərtədə olan 10 nəfərin hamısı həlak olub.
“Cümə günü Baham adalarında kiçik təyyarənin qəzaya uğraması nəticəsində on nəfər həyatını itirib. Hökumət “Flamingo Air” şirkətinin bütün uçuşlarını dayandırmaq məcburiyyətində qalıb”, – deyə açıqlamada qeyd olunub.
Nəşrin məlumatına əsasən, “Flamingo Air” aviaşirkətinə məxsus hava gəmisi Nassau hava limanından San-Androsa doğru hərəkət edib. Qeyd olunur ki, uçuş zamanı idarəetmədə yaranan problemlər səbəbindən təyyarə meşəlik əraziyə düşüb.
Bu ağır aviaqəza Baham adalarının müstəqillik əldə etməsinin 53-cü ildönümü günündə baş verib. Baham adalarının Baş naziri Filip Devis həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib. Hazırda “Flamingo Air” aviaşirkətinə məxsus təyyarələrin istismarı tamamilə dayandırılıb.