221130 antony blinken jm 0942 fa0d30

ABŞ Dövlət katibinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə köməkçisi Mişel Sisonun gələn həftə Azərbaycana səfəri planlaşdırılır.

Globalinfo.az Axar.az-a xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, Sison bir neçə ölkəyə səfəri çərçivəsində martın 29-da Bakıya gələcək.

Sison davamlı inkişaf və transmilli problemlər, o cümlədən iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal sağlamlıq təhlükəsizliyi üzrə çoxtərəfli əməkdaşlığı müzakirə edəcək.

Paylaş: