6a48ecfca3b67 1783164156

NATO-nun Türkiyədə baş tutacaq Zirvə toplantısı indiki məqamda çox vacibdir. Toplantıda mühüm məsələlərin müzakirə ediləcəyi gözlənilir”.

Bu sözləri Globalinfo.az-a Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov Türkiyədə keçiriləcək NATO samiti haqqında danışarkən deyib.

Politoloq bildirib ki, Alyans daxilində də bir sıra yeni çağırışlar var:

ABŞ Prezidenti Donald Tramp və komandası ilə Avropa ölkələri arasında maliyyə məsələlərinə dair müəyyən fikir ayrılıqları var. Beləliklə toplantıda əsas müzakirələrdən biri məhz bu mövzuda olacaq. Hazırda “NATO 3.0” strategiyası həyata keçirilir. İndiki məqamda Alyans üçün bir sıra qlobal məsələlər bir nömrəli problem kimi qeyd edilir.

zaur memmedov yeni 1 900x737 1
Zaur Məmmədov

1991–2022-ci illər strategiyasında daha çox terrorizmlə mübarizə, qanunsuz qaçaqmalçılıq və genişlənmə missiyası ön planda dayanırdısa, bu gün Rusiya bir nömrəli təhdid kimi görülür. Həmçinin Avrasiyanın ucqar nöqtələri ilə əməkdaşlıq da Alyansın əsas hədəfləri arasındadır.

Yaxın Şərqdə qlobal problemlərin şahidi oluruq. Hörmüz böhranı, eyni zamanda İsrail-İran-ABŞ gərginliyi fonunda Türkiyənin NATO-nun cənub sərhədlərini qoruma perspektivləri də müzakirə ediləcək. Önəmli olan əsas məqam odur ki, görüş Ankarada baş tutur. Görünür, Türkiyə də öz tələblərini irəli sürür. Sammit çərçivəsində Trampın da Avropa liderləri ilə görüşləri nəzərdə tutulub”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: