putin pasinyan 900x600 2

Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament seçkilərindən sonra ilk xarici səfərini Rusiyaya etməsi əsasən simvolik xarakter daşıyır və hələlik İrəvanla Moskva arasında münasibətlərdə ciddi dönüş anlamına gəlmir.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq və iqtisadçı Qrant Mikaelyan deyib.

Onun sözlərinə görə, səfər zamanı verilən bəyanatlar diplomatik çərçivədən kənara çıxmır. O bildirib ki, münasibətlərdə real irəliləyiş yalnız tərəflər mövcud problemlərin həllində konkret addımlar atacağı təqdirdə mümkün olacaq.

Ekspert qeyd edib ki, Rusiya hələ də Ermənistanın ən böyük iqtisadi tərəfdaşıdır. Bununla belə, son illərdə yeni Rusiya investisiyaları azalıb, iqtisadi əlaqələr isə tədricən zəifləməyə başlayıb.

Mikaelyan hesab edir ki, Ermənistanın ixracını qısa müddətdə Avropa İttifaqı bazarına yönəltməsi real görünmür. Onun fikrincə, Rusiya əlavə məhdudiyyətlər tətbiq edərsə, bu, Ermənistan iqtisadiyyatına, o cümlədən milli valyutanın məzənnəsinə ciddi təsir göstərə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: