Rusiyanın kütləvi hücumları nəticəsində Kiyevdə ölənlərin sayı 19 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
***06.07.2026 17:50
Rusiyanın hücumundan sonra Kiyevdə ölənlərin sayı 14-ə, yaralananların sayı isə 56-ya çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” kanalında bildirib.
Hazırda 14 nəfərin həlak olduğu, 56 nəfərin isə yaralandığı təsdiqlənib.
Hadisə yerlərində işlər davam edir.
***09:06
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko bildirib.
Merin sözlərinə görə, 46 nəfər yaralanıb.
X X X
Rusiya Silahlı Qüvvələri Kiyev şəhərinə kütləvi raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hücum nəticəsində 7 nəfər həlak olub, 24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hücum zamanı paytaxtda güclü partlayışlar baş verib. Qoloseyev rayonunda hərbi anbarlardan birinə zərbə endirildikdən sonra ərazidə tüstü müşahidə olunub.
Məlumata görə, son dəqiqələr ərzində Kiyev istiqamətinə “Kalibr”, “Geran”, “Sirkon” və “İsgəndər” tipli raketlər buraxılıb.
Bundan əlavə, Kiyev Su Elektrik Stansiyası ərazisinə və Çerniqov şəhərinə də zərbələr endirildiyi bildirilir.