KDPXDJ3VUM5MNOBXYMNXDLNHRM scaled

Son günlər dünya ictimaiyyətinin diqqəti ABŞ-ın Ohayo ştatında baş verən sarsıdıcı hadisəyə yönəlib.

  • 13 yaşlı ana…
  • Psixoloji manipulyasiya və illərlə davam edən əziyyət…
  • 16 azyaşlı uşağın dünyadan tam təcrid olunmuş vəziyyətdə yaşadığı qaranlıq həyat…
  • 16 ağır cinayət ittihamı…
  • İllərlə yalnız su və bitki yağı ilə qidalanma…
  • “Heyvan bağlasan durmaz” deyilən dəhşətli ev şəraiti…
  • Ölümə bir addım qalmış…
  • Təsadüfi bir zənglə başlayan xilas əməliyyatı…

Ohayoda nə baş verib?

Kənd ərazisində yerləşən, antisanitar vəziyyətdə olan və təxminən 3,5 metrlik dar otağa bənzər bir məkanda 16 uşağın saxlanıldığı aşkar edilib. İddialara görə, onların sağ qalması üçün əsasən su və duru bitki yağı verilib.

Polisin bildirdiyinə görə, yaşayış üçün tam yararsız hesab edilən bu evdə uşaqların aylarla, hətta illərlə ailə üzvləri tərəfindən ağır istismara və laqeydliyə məruz qalıb. Hüquq-mühafizə orqanları qeyd edir ki, əgər hadisə yerinə cəmi 24 saat gec çatsaydılar, bəzi uşaqların həyatını xilas etmək mümkün olmaya bilərdi.

HcC MAtC

Bu hadisə təkcə bir ailənin faciəsi deyil, həm də illərlə davam edən zorakılıq, işgəncə və ağır psixoloji manipulyasiyanın ən ağır nümunələrindən biri kimi qiymətləndirilməlidir.

1 iyul —sirlər belə açıldı…

Hadisənin üstü cəmi bir neçə gün əvvəl açılıb və istintaq hələ də davam edir. Rəsmilərin məlumatına görə, təsadüfi bir məlumat daxil olmasaydı, 16 uşağın taleyi uzun müddət tamamilə naməlum qalacaqdı.

WhatsApp Image 2026 07 05 at 12.53.11

Araşdırmalara əsasən, evin əsl sahibi 2025-ci ilin aprel ayında qocalar evində vəfat edib və ehtimal ki, baş verənlərdən xəbərsiz olub. Ev rəsmi olaraq dövlət balansında olsa da, uzun müddət tərk edilmiş vəziyyətdə qalıb. İstintaq, ailənin bu məkanda gizli şəkildə yaşadığını göstərir. Lakin bu, hələlik ilkin versiyadır və bütün faktlar araşdırma yekunlaşdıqdan sonra dəqiqləşəcək.

Polis əməkdaşları evə daxil olduqda qarşılaşdıqları mənzərəni “yaşamaq üçün tam yararsız, insanlıqdan kənar, son dərəcə ağır şərait” kimi təsvir ediblər. Hazırkı mərhələdə insan alveri faktı təsdiqlənməyib. İş ailədaxili zorakılıq və uşaqların qanunsuz saxlanılması üzrə araşdırılır.

Məlumata görə, uşaqların yaşı 1,5 ilə 18 arasında dəyişir. Onlar uzun müddət demək olar ki, yalnız su və duru bitki yağı ilə qidalanıblar. Bu, bitki yağının həm ucuz, həm də yüksək kalorili olması ilə izah edilir.

Yerli mağaza sahiblərinin sözlərinə görə, həmin ailə mütəmadi olaraq yalnız su və bitki yağı alırmış. Bir xörək qaşığı yağın təxminən 120 kilokalori olduğu nəzərə alınsa, onun hansı səbəbdən istifadə edildiyi açıq-aydın görünür.

İlkin tibbi müayinələr uşaqların hər birində ciddi inkişaf geriliyi və ağır sağlamlıq problemləri olduğunu göstərib. Onların bir çoxu danışa bilmir. Ailənin ən böyük övladı olan 18 yaşlı qızın belə öz adını söyləməkdə çətinlik çəkdiyi bildirilir. Bu fakt uşaqların illərlə təhsildən və normal sosial həyatdan tamamilə təcrid olunduğunu göstərir.

Ən ağır sual isə hələ də cavabsız qalır: bu qədər uşaq illərlə necə gizlədilə bildi?

Şahidlərin və qonşuların sözlərinə görə, uşaqları demək olar ki, heç kim görməyib. İstintaq çərçivəsində saxlanılan dörd yetkin şəxsin — ata Kiçik Qari, ana Elizabet və ata tərəfdən nənə-baba — uşaqların vəziyyətindən xəbərdar olduğu bildirilir.

WhatsApp Image 2026 07 05 at 13.29.59

Eyni zamanda Elizabetin baldızının sosial şəbəkədə paylaşdığı məlumatlar  Elizabetin də illər əvvəl oxşar zorakılıq və manipulyasiya mühitinin qurbanı ola biləcəyini göstərir. Bildirilir ki, Elizabet və Qari hələ yeniyetmə yaşlarında, ailələrinin yaşadığı treyler ərazisində tanış olublar. O zaman Elizabetin 13, Qarinin isə 16 yaşı olduğu iddia edilir. Elizabetin ilk hamiləliyini də 13 yaşında yaşadığı qeyd olunur. Onun qardaşının vəziyyəti hüquq-mühafizə orqanlarına bildirdiyi, lakin müdaxilə olunmadığı da iddialar arasındadır.

İddialara görə, Elizabet sonradan ailəsindən tam təcrid olunub və uzun illər psixoloji nəzarət altında yaşayıb. Ohayoda evlənmək mümkün olmadığı üçün cütlüyün Qərbi Virciniyada qanunvericilikdəki boşluqdan istifadə edərək nikaha daxil olduğu bildirilir. Bundan sonra Elizabetin xarici dünya ilə əlaqələrinin tamamilə kəsildiyi və illər ərzində ardıcıl uşaqlar dünyaya gətirdiyi qeyd olunur.

Hazırda Qari, Elizabet və ata tərəfdən nənə-baba uşaqların həyatını təhlükəyə atmaqla bağlı 16 ayrı cinayət ittihamı ilə üzləşir. Məhkəmə onların hər biri üçün 300 min dollar girov müəyyən edib və qurbanlarla əlaqə saxlamağı qəti qadağan edib.

Hazırda 16 uşaq dövlət himayəsinə götürülüb, tibbi və psixoloji yardım alır. Rəsmi məlumatlara görə, onların vəziyyəti stabildir.

İstintaq davam edir. Hadisənin bütün detallarının yaxın günlərdə daha aydın şəkildə ortaya çıxacağı gözlənilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: