İran Prezidenti Məsud Pezeşkian Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşündə Rusiya tərəfinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Pezeşkianın mətbuat xidmətinin teleqramdakı açıqlamasında bildirilib .
“İran Prezidenti Rusiya hökuməti və xalqının dəstəyini və rəğbətini yüksək qiymətləndirib. Bundan əlavə, Məsud Pezeşkian xüsusilə iqtisadi, logistika və regional sahələrdə strateji əməkdaşlığın sürətləndirilməsinin vacibliyini vurğulayıb”, deyə Bəyanatda deyilir.
Qeyd edək ki, Dmitri Medvedevin İrana səfəri keçmiş Ali Lider Əli Xamenei ilə vida mərasimi ilə üst-üstə düşmək üçün nəzərdə tutulub. Xarici dövlət rəsmilərinin, siyasi və ictimai xadimlərin qatıldığı mərasim cümə günü, 3 iyulda baş tutub.
Tahir Turan
Globalinfo.az