FotoJet 2023 03 17T195548.492

Gəndob-Yalama yolunda “KaMaz”la “TIR”ın toqquşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub. 

Qəzada hər iki sürücü – Dağıstan Respublikası vətəndaşı, 1986-cı il təvəllüdlü Nəriman Ramazanov və Şabran rayon Rəhimli kənd sakini, 1972-ci il təvəllüdlü Ayaz İskəndərov ölüblər, sərnişin Əmirxanlı kənd sakini Elçin Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Şabranda iki yük maşını toqquşub, ölənlər var.

Hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

İlkin məlumata görə, hadisəyə səbəb “KaMAZ” markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində qarşıdan gələn TIR avtomobilinə çırpılmasıdır.

Faktla bağlı araşdırma aparılır.

***

Quba-Gəndob-Yalama yolunun 8-ci kilometrində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, iki yük avtomobili toqquşub.

Hadisə nəticəsində yolda tıxac yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəza zamanı “KamAZ” və TIR toqquşub.

Hadisə nəticəsində “KamAZ”ın sürücüsü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

97018ed2 cfa3 389e bda6 199afd5e2da7 33b82037 4f48 3a0f a8bc 80de3ab7f9f9 7e035ce9 2194 37c0 a861 dc2965fb1d1f fde764b6 8bf0 3789 818a f816e591eb7c 53dbd61a c665 34ff 8bc2 6c2589e6ce47 30309896 4125 3b4c badd 0e8a80df6fa4 cd823aba b36c 383f ad57 b81a31fb061e 5d2264c8 2275 334b a5b8 f54ee83765cb

Paylaş: