Bakıda yaşlı qadın quyuya düşdü – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1938-ci il təvəllüdlü vətəndaş S.Cəfərova fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 8 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.