viktor orban 2 900x506 1

Macarıstan parlamenti ölkə konstitusiyasına baş nazir postunda qalma müddətini məhdudlaşdıran düzəlişi qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, dəyişikliyin lehinə 134 deputat səs verib, 50 deputat əleyhinə çıxıb, altı nəfər isə bitərəf qalıb.

Yeni qaydalara əsasən, ölkənin baş naziri vəzifəsini eyni şəxs maksimum iki dördillik müddət ərzində tuta biləcək.

Məlumatda qeyd olunur ki, bu məhdudiyyət 1990-cı ildən etibarən baş nazir vəzifəsində çalışmış bütün siyasətçilərə şamil ediləcək. Bu səbəbdən də Macarıstanın keçmiş baş naziri Viktor Orban, daha əvvəl bir neçə dəfə hökumətə rəhbərlik etdiyi üçün gələcəkdə yenidən bu posta namizəd ola bilməyəcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: