pasinyannn 900x556 2

“Düzəlişlər və yenidən hesablamalar nəticəsində partiyamızın səsi artıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Vətəndaş müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan yazıb.

“Bu, danılmaz faktdır. Başqa sözlə, texniki səhvlər və qeyri-dəqiqliklər səbəbindən ən çox azalan bizim səsimiz olub. Yoxlamalardan sonra partiyamızın səsində 950 artım olub”, – V.Aleksanyan bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyası iyunun 7-də keçirilən parlament seçkilərində 49,83 % səs toplayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: