Ermənistanda hava limanında saxlanılan Ovannes Saakyan ölkədən çıxmamaq haqqında iltizam tədbiri seçilməklə sərbəst buraxılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi təsdiqləyib.
Bundan əvvəl sosial şəbəkələrdə Saakyanın müsahibəsindən bir hissə yayılmışdı. O bildirib ki, ailəsi ilə birlikdə Rusiyadan Ermənistana parlament seçkilərində səs vermək üçün gəlib və həmin gün axşam yenidən geri qayıtmağı planlaşdırır.
“Burada qarışıqlıq yarana bilər. Çətinliklərlə üzləşməmək üçün geri dönəcəyik”, – deyə o, bildirib.
Sözügedən video sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilərin bir hissəsinin narazılığına səbəb olub.
İstintaq Komitəsinin məlumatına görə, Saakyan barəsində cinayət barədə məlumat verməmək şübhəsi ilə cinayət təqibi başlanıb. Ona qarşı ölkədən çıxış qadağası tətbiq edilib.
Əliyar Xəlil