ankara 1 900x506 1

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanda keçirilən parlament seçkilərinin sülh və sabit şəraitdə başa çatmasından məmnunluğunu ifadə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Ankara seçkilərdən sonrakı dövrdə Ermənistanın regionda sülhün və münasibətlərin normallaşmasının təmin edilməsi istiqamətində daha cəsarətli addımlar atacağına ümid bəsləyir.

“Seçkilərin sülh və əmin-amanlıq şəraitində başa çatmasından məmnunuq. Postseçki dövründə Ermənistanın sülh və regionda normallaşma istiqamətində daha qətiyyətli addımlar atacağını gözləyirik”, – açıqlamada deyilir.

Türkiyə XİN vurğulayıb ki, ölkə bundan sonra da region dövlətlərinin ümumi maraqlarına əsaslanan sabitlik və rifahın təmin olunmasına töhfə verməyə davam edəcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: