“İsrail və İran dərhal atəşkəsə nail olmağa çalışır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə nizamlanma ilə bağlı yekun danışıqlar davam edir, lakin İran limanlarına tətbiq olunan blokada yekun razılaşma əldə olunana qədər qüvvədə qalacaq.
Məlumata əsasən, İran və İsrail bazar gecəsi və bazar ertəsi səhər saatlarında bir-birinə zərbələr endirib. Bu hadisə apreldən bəri Yaxın Şərqdə ən ciddi eskalasiya sayılır.
Safura Bənnayeva
Globalinfo.az