1710349321.mariya zaxarova 900x643 1

“Ermənistandakı parlament seçkiləri müxalifətə qarşı görünməmiş təzyiq altında keçib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“İyunun 7-də Ermənistanda Qərbin, ilk növbədə Avropa İttifaqının (Aİ) müdaxiləsi altında parlament seçkiləri keçirildi.

Mərkəzi Seçki Komissiyasının ilkin nəticələri göstərir ki, qələbəsini elan edən Vətəndaş Müqaviləsi Partiyası hakimiyyət üzərində inhisarçılığı təmin edə bilməyib. Üstəlik, onun dəstəyi əvvəlki seçki dövrü ilə müqayisədə xeyli azalıb”, – deyə o bildirib.

Zaxarova qeyd edib ki, Ermənistan cəmiyyətində Rusiya ilə əlaqələrin inkişaf etdirilməsinə və ölkənin Avrasiya inteqrasiya qurumlarında iştirakını davam etdirməsinə maraq var:

“Bu da erməni xalqına maddi və əhəmiyyətli fayda gətirir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: