rus 1

Ermənistanın Armavir vilayətində yerləşən seçki məntəqələrindən birində MDB müşahidəçilərinə təzyiq göstərməyə cəhd edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Lyudmila Markina məlumat verib.

Onun sözlərinə görə, müşahidəçilər aşkar etdikləri pozuntular və çatışmazlıqlarla bağlı akt tərtib ediblər.

“Seçki məntəqəsinin komissiya üzvləri bunu gördülər, divar kimi qarşılarında dayanaraq aktların məhv edilməsini tələb etdilər”, – deyə o bildirib.

Markina qeyd edib ki, müşahidəçilər bu tələbi yerinə yetirməkdən imtina ediblər və öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərdiklərini bildiriblər:

“Məntəqədə olan polis əməkdaşları isə insidentə müdaxilə etməyiblər”,

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: