mdb

MDB Müşahidə Missiyası Ermənistanda seçkilərin nəticələrinə təsir göstərə biləcək heç bir qanun pozuntusu aşkar etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb.

MDB baş katibinin müavini Nurlan Seitimov bildirib ki, müşahidələr zamanı yalnız texniki xarakterli, seçkinin ümumi gedişinə təsir etməyən kiçik pozuntular aşkar edilib.

Onun sözlərinə görə, bu tip halların hamısı seçki məntəqələri tərəfindən operativ şəkildə aradan qaldırılıb və prosesin şəffaflığına ciddi təsir göstərməyib.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkiləri başa çatıb. Seçkilərdə əsas mübarizə iki blok və 16 siyasi partiya arasında gedib. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası (Nikol Paşinyanın rəhbərliyi ilə) favorit sayılırdı, əsas rəqiblərdən biri isə “Güclü Ermənistan” bloku olub.

İyunun 8-də isə Paşinyan səslərin tam sayılmasını gözləmədən partiyasının qələbəsini elan edib. Bu açıqlama müxalifət və ekspertlər arasında müzakirələrə səbəb olub, çünki Mərkəzi Seçki Komissiyası həmin anda bütün səsləri tam emal etməmişdi.

Hazırda nəticələrin rəsmi təsdiqi və yekun protokolların açıqlanması prosesi davam edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: