Ermənistanda keçirilən parlament seçkilərində səsvermələr davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, Ermənistanda “Vahidlik qanadları” hərəkatının rəhbəri Arman Tatoyan və ermənilərin katolikosu II Qaregin səsvermədə iştirak edərək öz seçimini edib.
Səs verənlər arasında “Reformistlər” Partiyasının baş nazirliyə namizədi, Ermənistanın sabiq müdafiə naziri Vağarşak Arutyunyan da var.
Safura Bənnayeva
Globalinfo.az