Məlum olduğu kimi, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri dekabr ayına qədər Ermənistanla bağlı bütün detalları müzakirə edəcəklər.
Bəs onlar Ermənistanı üzv dövlət statusundan məhrum edə bilərlərmi?
Globalinfo.az xəbər verir ki, bu sualla jurnalistlər seçki məntəqəsinə gələn Baş nazir Nikol Paşinyana müraciət ediblər.
O, Aİİ ölkələrinin belə qərar verə bilməyəcəyini deyib:
“Aİİ-dəki bütün qərarlar konsensusla qəbul edilir və Ermənistanın veto hüququ var”.
Qeyd edək ki, bu gün Ermənistanda növbəti parlament seçkiləri keçirilir.
Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara əsasən, səsvermə hüququna malik vətəndaşların ümumi sayı 2 milyon 485 min 851 nəfərdir.
İyunun 7-də keçirilən Milli Məclis seçkilərində 18 siyasi qüvvə – 16 partiya və 2 blok iştirak edir.
Əliyar Xəlil
Globalinfo.az