
Bu gün Ermənistanda növbəti parlament seçkiləri keçirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, bütün 2005 seçki məntəqəsi açılıb və onlar saat 20:00-da bağlanacaq.
Bundan sonra səslərin hesablanması prosesinə başlanacaq.
Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara əsasən, səsvermə hüququna malik vətəndaşların ümumi sayı 2 milyon 485 min 851 nəfərdir.
İyunun 7-də keçirilən Milli Məclis seçkilərində 18 siyasi qüvvə – 16 partiya və 2 blok iştirak edir.
Safura Bənnayeva
Globalinfo.az