Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) Kremlin dəstəklədiyi “Güclü Ermənistan” partiyasından deputatlığa namizəd altı nəfər barəsində cinayət təqibinin başlanmasına razılıq verib.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə Erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, həmin şəxslər seçicilərin ələ alınması və xüsusilə külli miqdarda vəsaitin leqallaşdırılması (pul yuyulması) ittihamları ilə istintaqa cəlb olunublar.
Barələrində saxlanılma qərarı verilən şəxslər Vahe Tavakalyan, Hayk Avakyan, Vahe Eqiazaryan, Susan Badoyan, Aşot Saakyan və Artur Abramyandır. Nəzarət orqanının məlumatına əsasən, prokurorluq cinayət təqibinə razılıq verilməsi ilə bağlı vəsatəti iyunun 5-də MSK-ya təqdim edib.
Qeyd edək ki, eyni cinayət işi çərçivəsində daha əvvəl blokun lideri, rusiyalı erməni oliqarx Samvel Karapetyanın yaxın silahdaşlarından biri hesab olunan Alik Aleksanyan da həbs olunub.
Əliyar Xəlil