qukasyan

Ermənistanın Şirak vilayətinin keçmiş icma rəhbəri və Gümrünün sabiq meri Vardan Qukasyan dövlət çevrilişinə cəhddə şübhəli bilinir.

Globalinfo.az xəbər verir ki, bu barədə Erməni KİV-ləri ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Vardan Qukasyan və bir qrup şəxs 2025-ci il ərzində müxtəlif şəxslərlə görüşlər təşkil edərək, tərəfdarlar toölayaraq hakimiyyətin qanunsuz yolla ələ keçirilməsinə yönəlmiş hazırlıq işləri aparıblar.

Planlaşdırılan fəaliyyətlər həyata keçirilmədən qarşısı alınıb və şübhəlilər məqsədlərinə nail ola bilməyiblər.

İstintaq Komitəsi qeyd edib ki, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin hakimiyyətin qəsb edilməsinə hazırlıq maddəsi üzrə cinayət işi başlanıb. Hazırda istintaq çərçivəsində hadisədə iştirak etmiş ola biləcək bütün şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Məlumata görə, Vardan Qukasyan ötən ilin payızından etibarən istintaq altındadır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: