dubai 1

ABŞ Dövlət Departamenti Yaxın Şərqin bir sıra ölkələrinə səfər etməyi planlaşdıran vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığı yayıb.

Globalinfo.az xəbər verir ki, xəbərdarlıqda regionda mövcud təhlükəsizlik riskləri və gərgin vəziyyət nəzərə alınaraq vətəndaşlara diqqətli olmaları tövsiyə edilib.

Siyahıya Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, İraq, Qətər, Oman və İordaniya daxil edilib.

ABŞ rəsmiləri vətəndaşlara yerli təhlükəsizlik orqanlarının göstərişlərinə əməl etməyi, kütləvi tədbirlərdən uzaq durmağı və səfər zamanı ehtiyatlı davranmağı tövsiyə ediblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: