Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlar Kremlin hərbi planlarının 2027 və 2028-ci illəri də əhatə etdiyini göstərir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı açıq məktubda deyilir.
Ukrayna Prezidenti məktubunda Belarusun da münaqişəyə daha fəal şəkildə cəlb oluna biləcəyi ilə bağlı narahatlığını ifadə edib.
“Siz Belarusu müharibəyə daha çox cəlb etmək istəyirsiniz və biz artıq buna hazırlaşmağa məcburuq”, – deyə o vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az