“Avropa İttifaqı (Aİ) Ermənistana 50 milyon avrodan çox vəsait ayırır”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra X səhifəsində yazıb.
“Bu gün Baş nazir Nikol Paşinyanla Rusiyanın Ermənistana qarşı son məhdudiyyətləri barədə danışdım. Bu, iqtisadi məcburiyyətdən başqa bir şey deyil və qəbuledilməzdir. Moskva Ermənistan məhsullarına ixrac məhdudiyyətlərini uzatmaqla iqtisadi münasibətlərdən siyasi təzyiq göstərmək üçün silah kimi istifadə edir. Biz bu iş tərzini çox yaxşı bilirik. Buna görə də Avropa Ermənistanın yanında möhkəm dayanır.
Biz Aİ dəstək paketi hazırlayırıq. Buraya 50 milyon avrodan çox təcili maliyyə yardımı daxildir. Daha çox yardım da gələcək. Buraya müəyyən Ermənistan məhsullarının, xüsusən də kənd təsərrüfatı məhsullarının ticarətinin asanlaşdırılmasına yönəlmiş tədbirlər daxildir”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az