Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvanın İrəvana iqtisadi təzyiqlərinin əks nəticə verəcəyini deyib.
Globalinfo.az xəbər verir ki, o, Moskvanı keçmiş səhvləri təkrarlamamağa çağırıb.
Simonyan qeyd edib ki, belə addımlar Ermənistan cəmiyyətində Rusiyaya qarşı narazılığı daha da artırır.
“İrəvan münasibətlərin gərginləşməsini istəmir, lakin iqtisadi təzyiqlər davam edərsə, yaranan problemlərin həlli üçün addımlar atacaq. Ermənistan hakimiyyəti xalq tərəfindən formalaşdırılır. Bu cür təzyiqlər hakimiyyətdən çox Rusiyanın özünə qarşı mənfi münasibət yaradır”, – Simonyan vurğulayıb.
Əliyar Xəlil